Məhkəmə Ruhullah Novruzzadəyə HÖKM OXUDU

Məhkəmə Ruhullah Novruzzadəyə HÖKM OXUDU
Yayınlanma tarixi: 8.04.2024 16:58:30

R. Novruzzadə ötən ilin yanvarın 31-də həbs olunub.

*yeniləndi: İslamazeri.com xəbər verir ki, bu gün 15:30-da keçirilən məhkəmə iclasında R. Novruzzadəyə 3 il həbs verilib. 

 

İslamazeri.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı Ruhullah Novruzzadənin növbəti məhkəmə iclası (15:20) keçiriləcək.

Yaxınlarının bildirdiyinə görə, ona bu prosesdə hökm oxuna bilər.

Qeyd edək ki,  R.Novruzzadə də məhkəmədə çıxış edəcək.

Ruhullah Novruzzadə İranın Qum Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi olub.

O, təhsil aldığı dövrdə xəstə atasına baş çəkməyə gələrkən hava limanında məlum olub ki, ölkəyə çıxışına qadağa qoyulub.

R. Novruzzadə ötən ilin yanvarın 31-də həbs olunub.

O Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.3 (külli miqdarda) maddələri ilə ittiham olunur.

Novruzzadə hazırda Şüvəlanda istintaq təcridxanasında saxlanılır.

 

GÜNÜN MANŞETLERİ