Bu gün direktorların işə qəbulu üzrə esse mərhələsi keçiriləcək

Bu gün direktorların işə qəbulu üzrə esse mərhələsi keçiriləcək
Yayınlanma tarixi: 1.10.2022 10:21:07

Bu gün şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək.

İslamazeri.com xəbər verir ki, esse mərhələsi Bakı və Sumqayıt şəhərlərində təşkil ediləcək.

Esse mərhələsində 1 022 namizədin iştirakı nəzərdə tutulur.

Bu mərhələdə mümkün 10 balın yarısını toplamış namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanacaqlar.

GÜNÜN MANŞETLERİ