BMT Suriyaya humanitar yardımın davam etdirilməsi ilə bağlı çağırış edib

BMT Suriyaya humanitar yardımın davam etdirilməsi ilə bağlı çağırış edib
Yayınlanma tarixi: 22.12.2022 13:54:02

Türkiyə Qərb ölkələri və Birləşmiş Millətlər Təşkilatına (BMT) beynəlxalq humanitar yardımın Cilvegözü sərhəd-keçid məntəqəsindən Suriyaya humanitar yardımın göndərildiyi mexanizmin yeniləməsi ilə əlaqədar çağırış edib.

İslamazeri.com xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu humanitar böhranın davam etməsi və artan ehtiyaclar səbəbindən humanitar yardımın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Feridun Sinirlioğlu deyib: "Transsərhəd yardım mexanizmi Suriyanın şimal-qərbində yaşayan milyonlarla insan üçün etibarlı humanitar xətt olduğunu sübut etdi. Buna təhsil, müdafiə və səhiyyə sahəsində kritik dəstək daxildir''.
İrlandiyanın BMT-dəki daimi nümayəndəsi Ferqal Miten də humanitar kanalların daim mövcud olması ilə əlaqədar çağırış edib.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) BMT-dəki daimi nümayəndəsi Robert Vud isə  BMT-nin transsərhəd yardım mexanizminin dünyadakı ən təhlükəsiz və şəffaf əməliyyatlardan biri olduğunu bildirib.

BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits sosial-iqtisadi deqradasiyanın böhran başlayandan bəri ən pis səviyyədə olduğunu ifadə edərək humanitar mexanizmin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia Qərb ölkələrini Suriyaya humanitar yardım mexanizmini siyasiləşdirməkdə ittiham edərək “Bu, qətiyyən qəbuledilməzdir” deyib.

BMT-nin məlumatına görə, 2023-cü ildə təxminən 15,3 milyon insanın  humanitar müdafiə və yardıma ehtiyacı olacaq.

Uzun müddət davam edən yardım mexanizmi 2023-cü il yanvarın 10-da başa çatır.

BMT Təhlükəsizlik Şurasının 2014-cü ildə qəbul etdiyi qətnamə layihəsinə əsasən, Suriyanın şimal-qərbindəki bölgələrə beynəlxalq yardım göndərilir.

Yardım proqramının uzadılması üçün Şuranın beş daimi üzvündən (Rusiya, Çin, ABŞ, Fransa və Böyük Britaniya) heç birinin etiraz etməməsi şərti ilə azı 9 üzvün təsdiqi tələb olunur. 

GÜNÜN MANŞETLERİ