BMT İsrailin hücumlarıyla bağlı çağırış edib

BMT İsrailin hücumlarıyla bağlı çağırış edib
Yayınlanma tarixi: 27.01.2023 11:19:33

Vennesland İsrail və Fələstin hakimiyyətini gərginliyi azaltmağa və münaqişələrdən qaçınmağa çağırıb və rəsmilərlə əlaqə saxlamağa davam etdiyini vurğulayıb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Orta Şərq Sülh Prosesi üzrə xüsusi Koordinatoru Tor Vennesland işğal altındakı İordan çayının qərb sahilində davam edən hadisələrə görə narahat olduqlarını bildirib.

Tor Vennesland verdiyi yazılı açıqlamada deyib: "İşğal altındakı İordan çayının qərb sahilində davam edən hadisələr məni dərindən narahat edir və kədərləndirir. Gərginliyin aradan qaldırılması böyük əhəmiyyət kəsb edir''.
Vennesland İsrail və Fələstin hakimiyyətini gərginliyi azaltmağa və münaqişələrdən qaçınmağa çağırıb və rəsmilərlə əlaqə  saxlamağa davam etdiyini vurğulayıb.

Xatırladaq ki, dünən səhər saatlarında İsrail qüvvələrinin İordan çayının qərb sahilinin şimalındakı ''Cenin'' qaçqınlar düşərgəsinə təşkil etdiyi basqında 9 fələstinli həlak olub. Fələstin Səhiyyə Nazirliyi basqın zamanı 4-ü ağır olmaqla 20 fələstinlinin yaralandığını açıqlayıb.

İsrail əsgərlərinin İordan çayının qərb sahilində və Şərqi Qüdsdə açdığı atəş nəticəsində ilin əvvəlindən biri qadın, beşi də uşaq olmaqla 29 fələstinli həyatını itirib.

GÜNÜN MANŞETLERİ