Bu barədə Azərbaycan Minifutbol Federasiyasından (AMF) məlumat verilib.
Baş nazir Əli Əsədov Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filip Juda ilə görüşüb.
Bu barədə "İslamazeri.com"a Azərbaycan Minifutbol Federasiyasından (AMF) məlumat verilib.
Qeyd olunub ki, görüşdə gənclər və idman naziri Fərid Qayıbov, AMF-nin fəxri-prezidenti Orxan Məmmədov da iştirak ediblər.
Söhbət zamanı Bakıda keçirilmiş Beynəlxalq Minifutbol Turniri, eləcə də, Azərbaycanda bu idman növünün inkişafı müzakirə edilib.