Bakıda bu marşrutun hərəkət sxemi dəyişdirilir

Bakıda bu marşrutun hərəkət sxemi dəyişdirilir
Yayınlanma tarixi: 14.12.2022 17:09:23

Bakının Binəqədi rayonu, "Baksol" yolunda 16-18.12.2022-ci il tarixlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Bakı Nəqliyyat Agentliyindən "İslamazeri.com" verilən məlumata görə, bu səbəbdən məhdudiyyətlərə uyğun olaraq 71 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilərək “Azadlıq prospekti” metro stansiyası - Baksol yolu (məhdudiyyət tətbiq edilən hissəyə qədər) istiqamətində fəaliyyəti təşkil ediləcək.

GÜNÜN MANŞETLERİ