Bakıda binada yanğın olub – VİDEO

Bakıda binada yanğın olub – VİDEO
Yayınlanma tarixi: 4.12.2022 11:33:07

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

İslamazeri.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda yerləşən çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumat əsasında dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onaltımərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən taxta konstruksiyalı tikilidə baş verdiyi və genişlənərək mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq FHN qüvvələrinin həyata keçirdiyi operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənib mənzillərə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində ümumi sahəsi 35 kv.m olan tikilinin 6 kv.m sahədə üzlüyü və 4 m uzunluğunda rəf yanıb, mənzillər yanğından mühafizə olunub.

GÜNÜN MANŞETLERİ