Bakıda 13 nəfərə qarşı dələduzluq edən şəxs tutulub

Bakıda 13 nəfərə qarşı dələduzluq edən şəxs tutulub
Yayınlanma tarixi: 5.12.2022 11:52:04

Bakıda 13 nəfərə qarşı dələduzluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "İslamazeri.com"a verilən xəbərə görə, Bakı şəhər sakini A.Ç-nı aldadan şəxsin hesabına pul köçürməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində dələduzluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Əli Dadaşov saxlanılıb.
Araşdırmalarla onun daha 12 nəfəri aldadaraq dələduzluq yolu ilə hesasbına müxtəlif məbləğlərdə pul köçürməsi də müəyyən olunub.
Araşdırma aparılır.

GÜNÜN MANŞETLERİ