"Bakı Metropoliteni": Qatarların hərəkəti gecikə bilər

Yayınlanma tarixi: 3.10.2022 09:48:48

Bənövşəyi xətt üzrə qatarların hərəkəti müvəqqəti məkik prinsiplə təşkil edilir.

Bu barədə "İslamazeri.com"a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bu, gələcəkdə istismara hazırlanan "Avtovağzal-Xocəsən" sahəsində işarəvermə sistemlərinin sınaq-tənzimləmə işləri ilə əlaqədardır:
"Sınaq işlərinin yekunu və digər məsələlərlə bağlı əlavə məlumat veriləcək", - B.Məmmədov bildirib.

GÜNÜN MANŞETLERİ