“Azərişıq” Masazırda yeni elektrik şəbəkəsi qurur

“Azərişıq” Masazırda yeni elektrik şəbəkəsi qurur
Yayınlanma tarixi: 21.02.2023 13:51:42

Bu barədə “Azərişıq” məlumat yayıb.

“Azərişıq” ASC Abşeron rayonunun Masazır qəsəbəsində, yeni massiv adlanan ərazidə yeni elektrik şəbəkəsi qurur.

İslamazeri.com xəbər verir ki, bu barədə “Azərişıq” məlumat yayıb.

Bildirilir ki, işlər çərçivəsində 1 kilometrdən çox 10 kV-luq, 4 kilometrə yaxın 0,4 kV-luq elektrik xətti çəkiləcək, müxtəlif güclərdə komplekt transformator məntəqələri quraşdırılacaq.

Bunlarla yanaşı, Qobu qəsəbəsi ərazisində yeni güc mərkəzləri yaradılıb, 5 kilometrə yaxın 0,4 kV-luq elektrik xətti çəkilib. Abşeron rayonunun Çaylı kəndində isə yenidənqurma işləri davam etdirilir.

GÜNÜN MANŞETLERİ