“Azəriqaz” bu il əvəz olunmuş sayğacların sayını açıqlayıb

“Azəriqaz” bu il əvəz olunmuş sayğacların sayını açıqlayıb
Yayınlanma tarixi: 20.04.2023 14:27:09

“Azəriqaz” bu il əvəz olunmuş sayğacların sayını açıqlayıb.

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda əhali sektoru üzrə əvəz olunmuş qaz sayğaclarının sayı 43 min 250 ədəd təşkil edib.

İslamazeri.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

Onun sözlərinə görə, yeni quraşdırılmış “smart-kart” tipli qaz sayğacların sayı isə 19 min 817 ədəd olub: “23 min 433 ədəd sayğac isə mexaniki tipli sayğaclardır”.

E. Vəliyev bildirib ki, eyni zamanda, bu müddətdə əhali sektoru üzrə yeni qeydiyyata alınmış abonentlərin sayı 18 min 880 nəfər olub: “Bunlardan 639 abonentə “smart-tipli” sayğac, 18 min 241 abonentə isə mexaniki tipli sayğac quraşdırılıb”.

GÜNÜN MANŞETLERİ