Azərbaycanla Yaponiya arasında ikiqat vergitutma aradan qaldırılıb.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanunu imzalayıb.
İslamazeri.com xatırladır ki, Konvensiya 2022-ci il dekabrın 27-də Bakıda imzalanıb.