Azərbaycanda bu gün və sabah Ramazan bayramı qeyd edilir

Azərbaycanda bu gün və sabah Ramazan bayramı qeyd edilir
Yayınlanma tarixi: 21.04.2023 10:34:25

Bu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd edilir.

İslamazeri.com xəbər verir ki, Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.

Bayram namazı Əjdərbəy məscidində aprelin 21-i saat 08:00-da, Təzə Pir məscidində isə saat 09:00-da qılınıb. Ümumilikdə bayram namazı bəzi məscidlərdə bu gün,  bəzilərində isə sabah - şənbə günü qılınacaq.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd edilir.

Aprelin 22-si şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə uyğun olaraq, aprelin 21-24-ü iş günləri hesab edilmir.

GÜNÜN MANŞETLERİ