Bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumun anbaan görüntüləri yayılıb.
İslamazeri.com xəbər verir ki, videogörüntüləri Caliber saytının teleqram səhifəsi yayıb.
Görüntülər Azərbaycanın diplomatik korpusunun müşahidə kameraları tərəfindən lentə alınıb.
Görüntülərdə Azərbaycan səfirliyinin əməkdaşlarının terrorçunu qəhrəmancasına zərərsizləşdirməyə cəhd göstərdiyi öz əksini tapıb.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.