Azərbaycan Prezidenti Əfv Sərəncamı imzaladı - SİYAHI

Azərbaycan Prezidenti Əfv Sərəncamı imzaladı - SİYAHI
Yayınlanma tarixi: 8.05.2023 10:06:40

Sərəncamın məzmunu mətbuatda dərc ediləcəkdir.

İslamazeri.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilmişdir.

Qeyd edilməlidir ki, bu Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır.

Sərəncamın məzmunu mətbuatda dərc ediləcəkdir.

SİYAHIYA KEÇİD

GÜNÜN MANŞETLERİ