Azərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılır

Azərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılır
Yayınlanma tarixi: 12.05.2023 12:27:01

Azərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılır.

Azərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılacaq.

İslamazeri.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun nizamnamə kapitalı Azərbaycan tərəfi üçün 75 %, Özbəkistan tərəfi üçün isə 25 % müəyyənləşdirilib.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

GÜNÜN MANŞETLERİ