Azadlıq prospektinin yan yolunda hərəkəti tam məhdudlaşdırılacaq

Azadlıq prospektinin yan yolunda hərəkəti tam məhdudlaşdırılacaq
Yayınlanma tarixi: 19.05.2023 18:20:00

Azadlıq prospektinin yan yolunda hərəkəti tam məhdudlaşdırılacaq.

20 may saat 08:00-dan saat 22:00-dək Bakı şəhəri Azadlıq prospektinin yan yolunda (Ziya Bünyadov prospektindən Nəcəf Nərimanov küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə "İslamazeri.com"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

GÜNÜN MANŞETLERİ