Avropa Komissiyası işçilərinə "TikTok"u qadağan edib

Avropa Komissiyası işçilərinə
Yayınlanma tarixi: 1.03.2023 15:49:08

Avropa İttifaqı (Aİ) Komissiyası işçilərinə şəxsi və korporativ telefonlarından “TikTok” tətbiqini silməyi tapşırıb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə “Politico” internet saytında məlumat yayılıb.

Saytda əks  edən məlumata görə, ittifaqın icra orqanı kimi fəaliyyət göstərən Aİ Komissiyası işçilərinə sosial media tətbiqi “Tik-Tok”dan istifadəni qadağan edib. Bu kontekstdə Komissiyanın bütün əməkdaşlarına səhər saatlarında tətbiqi şəxsi və ya korporativ cihazlarından silmək tapşırılıb. Bu addımın atılmasına səbəbin işçilərin təhlükəsizliyinin qorunması ilə bağlı olduğu bildirilib. Aİ-nin digər qurumları, Avropa İttifaqı Şurası və Avropa Parlamentinin də yaxın gələcəkdə oxşar addımlar atacağı gözlənilir.

Vurğulayaq ki, Çin texnologiya şirkəti “ByteDance”a məxsus “Tik-Tok” bəzi ölkələrdə milli təhlükəsizlik narahatlığına səbəb olur. Hətta ABŞ-da da rəsmi xidmət üçün istifadə edilən cihazlarda “Tik-Tok”dan istifadə qadağan edilib.

GÜNÜN MANŞETLERİ