AQTA baytarlıq apteklərində monitorinq keçirib

AQTA baytarlıq apteklərində monitorinq keçirib
Yayınlanma tarixi: 9.01.2023 10:50:47

Bu barədə AQTA-dan məlumat verilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri Gəncə, Naftalan şəhərləri və Göygöl, Daşkəsən, Goranboy, Samux rayonlarında fəaliyyət göstərən 42 baytarlıq aptekində monitorinq aparıb.

AQTA-dan "İslamazeri.com"a verilən məlumata görə, yoxlama zamanı 32 adda istifadə müddəti bitən, 3 adda etiket məlumatları göstəricilərinə uyğun olmayan, 6 adda saxlanma şəraiti və temperatur rejiminə əməl edilməyən baytarlıq preparatı aşkar edilib.

Aşkar olunan nöqsanlarla bağlı aptek sahiblərinə icrası məcburi göstərişlər verilib və istifadəyə yararsız preparatlar məhv edilib.

GÜNÜN MANŞETLERİ