“Apple” məhsullarında boşluqlar aşkar edilib

“Apple” məhsullarında boşluqlar aşkar edilib
Yayınlanma tarixi: 4/11/2023 6:13:33 PM

Elektron Təhlükəsizlik Xidməti “Apple” məhsullarında boşluqlar aşkar edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizik Xidməti “Apple” məhsullarında 2 boşluq aşkar edib.

İslamazeri.com xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Məlumata görə, həmin boşluqlar “CVE-2023-28205” və “CVE-2023-28206” adlandırılıb. 1-ci boşluq hədəf cihaza zərərli veb məzmun emal edildikdən sonra ixtiyari kod icra etməyə imkan verir, 2-ci boşluq isə nüvə imtiyazları ilə ixtiyari kod icra etməklə hədəf cihaza yüksək səviyyəli giriş imkanı verir.

Belə olan halda isə sistemə icazəsiz giriş və nəzarət imkanı verdiyi üçün fərdi məlumatların ələ keçirilməsi, silinməsi və daha ciddi problemlərə səbəb ola bilər. Boşluqlar aşağıdakı cihazlara təsir edir:

iPhone 8 və sonrakı modellər

iPad Pro (bütün modellər)

iPad Air 3-cü nəsil və sonrakı modellər

iPad 5-ci nəsil və sonrakı modellər

iPad mini 5-ci nəsil və sonrakı modellər.

ETX problemin həlli kimi yuxarıda qeyd olunan məhsulların dərhal ən son versiyaya yenilənməsi tövsiyə edib.

GÜNÜN MANŞETLERİ

Zühur üçün oxunan FƏRƏC DUASI
DİN

Zühur üçün oxunan FƏRƏC DUASI

1/19/2026 12:10:01 PM
Qəzzada daha bir körpə soyuqdan ölüb
DÜNYA / İSLAM DÜNYASI

Qəzzada daha bir körpə soyuqdan ölüb

1/19/2026 10:45:17 AM