ANAMA işğaldan azad olunmuş ərazilərdə vakansiya elan edib

ANAMA işğaldan azad olunmuş ərazilərdə vakansiya elan edib
Yayınlanma tarixi: 16.05.2023 10:25:04

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad olunmuş ərazilərdə aşpaz, qabyuyan, gözətçi, fəhlə, xadimə, xidmətçi vəzifələrində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir.

Bu barədə "İslamazeri.com"a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Vakant vəzifə

Aylıq vəzifə maaşı (manat)

Aşpaz

499

Qabyuyan

437

Gözətçi

420

Fəhlə

420

Xadimə, xidmətçi

384

Yuxarıda göstərilən vəzifə maaşlarına qüvvədə olan qanunvericiliyə uyğun olaraq əmək şəraitinə görə əlavələr daxildir. Həmçinin, işçinin səmərəli fəaliyyətinə görə mükafatların verilməsi nəzərdə tutulmuşdur.

Maraqlananlar aşağıda göstərilən sənədləri [email protected] ünvanına göndərməlidir.

  • müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;
  • şəxsiyyət vəsiqəsinin surəti;
  • təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);
  • əmək kitabçasının surəti (olduğu halda).

Sənəd qəbulu cari ilin 31 may tarixinədək həyata keçiriləcək.

Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.

GÜNÜN MANŞETLERİ