Amnesty International: Bəxtiyar Hacıyev azad edilməlidir

Amnesty International: Bəxtiyar Hacıyev azad edilməlidir
Yayınlanma tarixi: 26.01.2023 10:38:32

Amnesty International hüquq müdafiəçisi Bəxtiyar Hacıyevin həbsini pisləyib

İslamazeri.com xəbər verir ki, Beynəlxalq təşkilat olan Amnesty International hüquq müdafiəçisi Bəxtiyar Hacıyevin həbsini pisləyib. Təşkilatın Cənubi Qafqaz üzrə tədqiqatçısı Natalia Nozadze Amerikanın Səsinə müsahibəsində Bəxtiyar Hacıyevin həbsində münasibət bildirib. O, həmçinin Azərbaycanda insan haqları vəziyyətinin ümumi durumunu və beynəlxalq ictimaiyyətin Bəxtiyar Hacıyevin sərbəst buraxılmasını təmin etmək üçün ata biləcəyi addımları şərh edib.

Nozadze bildirib ki, Bəxtiyar Hacıyev artıq uzun müddətdir siyasi fəaliyyətinə görə təqiblərə məruz qalır. O deyib ki, Hacıyev ötən il qaçırıldığını, pis rəftara məruz qaldığını bildirib və bu əməllərə görə hökumət rəsmilərinin məsuliyyət daşıdığını deyib. Nozadze həmçinin Bəxtiyar Hacıyevin 2011-2012-ci ildə hərbi xidmətdən yayınmaq ittihamı ilə həbs cəzası aldığını və Amnesty International-ın onu vicdan məhbusu elan etdiyini xatırladıb.

"Bütün bunlar onun həbsini daha da şübhəli edir, hətta bu, şəxsi mübahisə zəminidə olsa belə. Və onun üzləşdiyi ittihamlar (onlar səbəbilə o bir neçə il həbs cəzası ala bilər) onun ittiham olunduğu şeyə qeyri-mütənasibdir," o deyib.

"Bizim mesajımız odur ki, o, dərhal sərbəst buraxılmalıdır. Onun ədalətli mühakimə olunması təmin edilməlidir,"

Azərbaycanda insan hüquqlarının ümumi durumunu qiymətləndirən Nozadze, Amnesty International-ın uzun müddətdir Azərbaycanda ifadə azadlığı, toplaşmaq və birləşmək azadlığı ilə bağlı narahatlıqlarının olduğunu bildirib. O, təşkilatın illərdir ki, hökumət tənqidçilərinin, insan haqları müdafiəçilərinin və hökumət əleyhdarlarının tez-tez uydurma və ya qərəzli ittihamlarla siyasi motivli təqibini sənədləşdirdiyini deyib.

"Ona görə də, bu iş də hökumətin öz tənqidçilərini susdurmaq və həbs etmək üçün istənilən bəhanədən istifadə etməyə can atdığı ümumi tendensiya ilə uyğundur," o bildirib. 

GÜNÜN MANŞETLERİ