Alimlər ekzoplanetdən təkrarlanan radiosiqnal əldə ediblər

Alimlər ekzoplanetdən təkrarlanan radiosiqnal əldə ediblər
Yayınlanma tarixi: 7.04.2023 11:02:13

Alimlər Yer kürəsi ölçüsündə olan ekzoplanetdən təkrarlanan radiosiqnal əldə ediblər.

İslamazeri.com "Technote"yə istinadən xəbər verir ki, Alimlər kosmosdan gəlmiş və daimi şəkildə təkrarlanan radiosiqnalı aşkar edərək onun mənbəyini təyin ediblər.

Məlum olub ki, radiosiqnal Yer kürəsi ölçüsündə olan və sərt səthə sahib ekzoplanetdən gəlir. Lakin radiosiqnal böyük ehtimal ilə yadplanetli sivilizasiya tərəfindən göndərilməyib.

Aşkar edilmiş bu radiosiqnalın digər maraqlı tərəfi var. Məsələ burasındadır ki, o, ekzoplanetin maqnit sahəsinə sahib ola biləcəyinə işarə edir. Maqnit sahəsi isə atmosferin qorunması və planetdə həyat növünün formalaşması üçün vacib olan faktorlardan biridir.

İndiyə kimi Yer kürəsi ölçüsündə olan planetlərin heç birində maqnit sahəsinin mövcudluğu müşahidə edilməyib. YZ Ceti b adlı planet bu məsələdə bir ilk olub. Balina bürcündə yerləşən YZ Ceti adlı ulduz sistemində olan YZ Ceti b adlı planetdən gəlmiş radiosiqnal planetin orbit periodu ilə bir qədər üst-üstə düşmür. Lakin bunun da izahı var. Məsələn ekzoplanetin maqnit sahəsi bir qədər əyilməyə sahib ola bilər. Bu isə radiosiqnalın təkrarlanma perioduna təsir göstərə bilər.

GÜNÜN MANŞETLERİ