Abşeronda yaşayış binasındakı yanğın məhdudlaşdırılıb

Abşeronda yaşayış binasındakı yanğın məhdudlaşdırılıb
Yayınlanma tarixi: 11.01.2023 13:14:55

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Abşeron rayonu, Məmmədli kəndində yerləşən yeddimərtəbəli yaşayış binasındakı yanğın qısa müddətdə məhdudlaşdırılıb.

İslamazeri.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğınla mübarizə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin ümumilikdə 25-ə yaxın texnika və 130 nəfərə yaxın canlı qüvvəsi cəlb olunub.

GÜNÜN MANŞETLERİ