5 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib

5 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib
Yayınlanma tarixi: 16.02.2023 13:45:44

Dəyişiklik Səbail rayonu, İstiqlaliyyət küçəsinin sol zolağında aparılan təmir işləri ilə əlaqədardır.

Bu gün Bakıda 6, 10, 53, 77 və 205 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişdirilərək alternativ küçələrlə təşkil edilib.

İslamazeri.com Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, dəyişiklik Səbail rayonu, İstiqlaliyyət küçəsinin sol zolağında aparılan təmir işləri ilə əlaqədardır.

Belə ki, 6, 10, 53, 205 nömrəli marşrutlar İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Ə.Cavad küçəsindən, 77 nömrəli marşrutlar isə A.Şaiq, M.Əliyev, M.Muxtarov, Əhməd Cavad küçələrindən keçməklə daha sonra öz hərəkət sxemi üzrə təşkil edilib.

GÜNÜN MANŞETLERİ