33 mindən artıq müəllimin sertifikasiyası nəzərdə tutulur

33 mindən artıq müəllimin sertifikasiyası nəzərdə tutulur
Yayınlanma tarixi: 16.05.2023 17:28:20

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

"Növbəti mərhələdə 33 mindən artıq müəllimin sertifikasiyası nəzərdə tutulur".

İslamazeri.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, 5 290 nəfər müəllimin yaşı 60-ın üzərindədir.

Nazir bildirib ki, 33 mindən çox müəllim üçün keçirilən imtahanın gözləntilərinə əsasən 80-85%-nin əmək haqqlarının artımı nəzərdə tutulur.

E.Əmrullayev həmçinin qeyd edib ki, ötən il sertifikasiya imtahanından keçə bilməyən 2 803 müəllim üçün təkrar imtahan keçiriləcək: "Onlar minimal keçid balını da bu il toplamasa və ya müsahibə mərhələsindən keçməsə əmək müqaviləsinə xitam veriləcək. Bununla da həmin yerlər vakansiyaya çıxarılacaq".

GÜNÜN MANŞETLERİ