21 milyondan çox yəmənlinin köməyə ehtiyacı var - BMT

21 milyondan çox yəmənlinin köməyə ehtiyacı var - BMT
Yayınlanma tarixi: 28.02.2023 13:06:01

“Hazırda Yəməndəki böhran dünyadakı ən ağır böhranlardan biri olaraq qalmağa davam edir“.

Yəməndəki humanitar tələbat artmağa davam edir, çünki ölkə əhalisinin 2/3-ü, yəni 21 milyon yəmənli əvvəlkitək yardım və himayəyə ehtiyaclıdır.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT mətbuat xidmətindən bildirilib.

Hazırda Yəməndəki böhran dünyadakı ən ağır böhranlardan biri olaraq qalmağa davam edir“, – deyə qeyd edilib.

2022-ci ildəki 6-aylıq atəşkəsə baxmayaraq, Yəmən xalqı əziyyət çəkməyə, xüsusilə də iqtisadi vəziyyətin pisləşməsi və həyat təminatı sistemlərinin dağılması səbəbilə əziyyət çəkməyə davam edir.

Xatıradaq ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya artıq bir neçə ildir Yəmən və onun xalqına qarşı işğalçı və təcavüz siyasəti yürüdür. Koalisiya mülki obyektlərə – evlər, məktəblər, xəstəxanalar, yas məsclisləri, su və qida anbarlarına belə zərbələr endirməkdən çəkinmir. İndiyədək qadın, uşaq və yaşlılar da daxil olmaqla, onminlərlə dinc sakin həyatını itirib və yaralanıb. Koalisiyanın ölkənin hava, su və qurudan blokadaya salması nəticəsində isə ölkə əhalisinin böyük hissəsi aclıqdan əziyyət çəkir.

GÜNÜN MANŞETLERİ