154 çörək istehsalı müəssisəsində yoxlama keçiriləcək

154 çörək istehsalı müəssisəsində yoxlama keçiriləcək
Yayınlanma tarixi: 10.02.2023 10:59:58

2022-ci il ərzində 5-i planlı, 2-si plandankənar olmaqla 7 un və 13-ü planlı, 15-i plandankənar olmaqla 28 çörək istehsalı müəssisəsində yoxlama aparılıb.

2022-ci il ərzində 5-i planlı, 2-si plandankənar olmaqla 7 un və 13-ü planlı, 15-i plandankənar olmaqla 28 çörək istehsalı müəssisəsində yoxlama aparılıb.

İslamazeri.com xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyində (AQTA) taxılçılıq, un və çörək istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşdə agentliyin aparat rəhbəri Elxan Mikayılov deyib.

O bildirib ki, aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar 2 çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

"Həmçinin 6 un və 15 çörək istehsalı müəssisənin vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri görülüb. 2023-cü il ərzində isə 17 un dəyirmanında və 154 çörək istehsalı müəssisəsində planlı yoxlamanın keçirilməsi nəzərdə tutulub. Eyni zamanda cari dövr ərzində 102-si yerli və 5-i idxal məhsulundan istehsal olunan 107 çörək məmulatından nümunə götürülərək müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Nümunələrin sınaq nəticəsinə əsasən, 33 məhsul normativ sənədlərin tələblərinə cavab verib. 74 nümunənin müayinələri isə davam etdirilir" - deyə o qeyd edib.

GÜNÜN MANŞETLERİ