Zəlzələnin Türkiyəyə vurduğu maddi zərər açıqlandı

Zəlzələnin Türkiyəyə vurduğu maddi zərər açıqlandı
Yayınlanma tarixi: 18.03.2023 10:53:36

Türkiyə zəlzələnin vurduğu maddi zərəri açıqladı.

Türkiyənin cənub-şərqində baş verən zəlzələnin ölkə iqtisadiyyatına vurduğu maddi ziyanın həcmi açıqlanıb.

İslamazeri.com “TRT Haber”-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Maliyyə Nazirliyindən məlumat verilib.

Zəlzələlərin vurduğu zərər 2 trilyon lirə (105 milyard 280 milyon dollar) təşkil edir“, – deyə qeyd edilib.

Bildirilib ki, bu məbləğ 1999-cu ildə Mərmərə dənizi bölgəsində baş vermiş yeraltı təkanın vurduğu zərərdən təxminən 6 dəfə çoxdur.

Bu rəqəm (2 trilyon lirə) 2023-cü il üçün gözlənilən milli gəlirin 9%-idir“, – deyə əlavə edilib.

Xatırladaq ki, 6 fevralda Qəhrəmanmaraş əyalətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Yeraltı təkanlar ölkənin 11 əyalətində, həmçinin qonşu ölkələrdə, o cümlədən də Suriyada da hiss edilib. Türkiyə rəhbərliyi həmin zəlzələlələri “əsrin fəlakəti” adlandırıb. Təbii fəlakət nəticəsində ölkədə 49 mindən çox insan həyatını itirib.

GÜNÜN MANŞETLERİ

Sabahın hava proqnozu
ÖLKƏ

Sabahın hava proqnozu

20.03.2023 12:45:24
Novruz bayramı haqqında hədislər
DİN

Novruz bayramı haqqında hədislər

20.03.2023 12:38:19
Ceyhun Bayramov Brüsselə gedib
ÖLKƏ / SİYASƏT

Ceyhun Bayramov Brüsselə gedib

20.03.2023 10:27:32