Zaqatalada dəhşətli leysan: Avtomobillər son anda xilas edildi - VİDEO

Zaqatalada dəhşətli leysan: Avtomobillər son anda xilas edildi - VİDEO
Yayınlanma tarixi: 7/8/2026 10:38:33 AM

Zaqatala rayonunda gecə saatlarından başlayan güclü leysan yağışları fəsadlara yol açıb. Bəzi ərazilərdə avtomobillər sel suları altında qalmaq təhlükəsi ilə üzləşib.

İslamazeri.com xəbər verir ki, gecə və səhər saatlarında rayona yağan intensiv və güclü leysan xarakterli yağışlar yerli sakinlərə çətin anlar yaşadıb. Birdən-birə artan sel suları avtomobillərin dayandığı ərazilərə dolaraq ciddi təhlükə yaradıb.

Ərazidəki nəqliyyat vasitələrinin su altında qalmasının qarşısı operativ müdaxilə sayəsində alınıb. Belə ki, yerli sakinlərin və çağırılan evakuator xidmətinin çevik addımları nəticəsində avtomobillər son anda təhlükəli zonadan təxliyə edilərək uzaqlaşdırılıb.

Hazırda rayonda vəziyyətin sabitləşdirilməsi və fəsadların aradan qaldırılması istiqamətində işlər diqqətdə saxlanılır.

GÜNÜN MANŞETLERİ