Zakir Həsənov Türkiyəyə başsağlığı verib

Zakir Həsənov Türkiyəyə başsağlığı verib
Yayınlanma tarixi: 6.02.2023 09:49:20

Azərbaycanın müdafiə naziri Türkiyəyə başsağlığı verib.

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akara başsağlığı ünvanlayıb.

İslamazeri.com xəbər verir ki, başsağlığında deyilir:

"Türkiyədə baş verən güclü zəlzələ nəticəsində insanların həlak olması və xəsarət alması xəbərləri məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır. Biz hər zaman qardaş Türkiyənin yanındayıq. Bu faciə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm. Allah rəhmət eləsin".

GÜNÜN MANŞETLERİ