Yüzlərlə fanatik yəhudi yenidən Məscidül-Əqsaya basqın edib

Yüzlərlə fanatik yəhudi yenidən Məscidül-Əqsaya basqın edib
Yayınlanma tarixi: 28.07.2023 10:14:40

Yüzlərlə fanatik yəhudi yenidən Məscidül-Əqsaya basqın edib.

İslamazeri.com xəbər verir ki, Qüds İslam Vəqfləri İdarəsinin bir rəsmisi 343 fanatik yəhudinin səhər saatlarında Əqsa məscidinin həyətinə daxil olduqlarını bildirib.

Məlumata görə, günorta namazından sonra isə 86 fanatik yəhudi Əqsa məscidinə basqın edib.

Yəhudilər basqın zamanı məscidin həyətində dini ayinlər icra etməyə cəhd ediblər.

Basqın zamanı məscidə daxil olanlar arasında Likud Partiyasının keçmiş deputatı Yehuda Qlik də olub.

GÜNÜN MANŞETLERİ