Yollar buz bağlayacaq - PROQNOZ

Yollar buz bağlayacaq - PROQNOZ
Yayınlanma tarixi: 1/5/2026 8:00:01 AM

Yanvarın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

İslamazeri.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacaq.

Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

GÜNÜN MANŞETLERİ

Oman sultanı Müctəba Xameneini təbrik edib
DÜNYA / İSLAM DÜNYASI

Oman sultanı Müctəba Xameneini təbrik edib

3/9/2026 11:00:01 PM
Ayətullah Müctəba Xamenei kimdir?
REGİON / İRAN

Ayətullah Müctəba Xamenei kimdir?

3/9/2026 11:00:01 PM
Netanyahudan 3-4 gündür xəbər yoxdur
DÜNYA / MARAQLI

Netanyahudan 3-4 gündür xəbər yoxdur

3/9/2026 10:58:01 PM