Yəmənin Hudeyda limanı yeddi ildən sonra fəaliyyətə başlayıb.
2016-cı ildən bəri ilk dəfə çoxlu sayda ticarət gəmisi Yəmənin Hudeyda limanına daxil olub.
İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, BMT Yəmənin mühasirəsinə son qoymağa çağırdığı bir vaxtda, yük daşıyan çoxlu sayda ticarət gəmisi Hudeyda limanına yanaşıb.
Hudeyda limanının rəsmiləri təsdiqləyiblər ki, bu liman yeddi ildən artıq müddətdən sonra normal fəaliyyətini bərpa edib. Hudeyda limanının səlahiyyətliləri bu gəmilərin xammal, polad, taxta və avtomobil daşıdığını açıqlayıb.
Qeyd edək ki, əvvəllər Səudiyyə koalisiyası yalnız yanacaq və ərzaq daşıyan gəmilərin Hudeyda limanına daxil olmasına icazə verirdi.