Yəmən ordusu Səudiyyənin mövqelərinə raket zərbələri endirdi

Yəmən ordusu Səudiyyənin mövqelərinə raket zərbələri endirdi
Yayınlanma tarixi: 1/13/2022 5:54:14 PM

BƏƏ muzdlularının və İŞİD terrorçularının Şəbva və Məarib əyalətlərindəki genişmiqyaslı hücumları da dəf edilib.

İslamazeri.com “Fars”-a istinadən xəbər verir ki, Yəmən ordusu və xalq könüllüləri Səudiyyə Ərəbistanı koalisiyasının mövqelərinə raket zərbələri endirib.

Bu barədə Yəmən Silahlı Qüvvələrini rəsmisi Yəhya Sərii məlumat verib.

Qeyd edilib ki, düşmənin mövqelərinə yerli istehsal olan 2 ballistik raketlə zərbə endirilib.

Onun sözlərinə görə, raket təyin edilən hədəfləri dəqiqliklə vurub, koalisiyanın onlarla muzdlu qüvvəsi məhv edilib və yaralanıb.

Sərii həmçinin bildirib ki, BƏƏ muzdlularının və İŞİD terrorçularının Şəbva və Məarib əyalətlərindəki genişmiqyaslı hücumları da dəf edilib. Çox sayda muzdlu və terrorçu məhv edilib.

GÜNÜN MANŞETLERİ

Reuters: ABŞ İranla müharibəyə hazırlaşır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Reuters: ABŞ İranla müharibəyə hazırlaşır

2/14/2026 11:08:01 PM
İnquşetiyada Ramazan ayına görə iş vaxtı azaldıldı
REGİON / RUSİYA

İnquşetiyada Ramazan ayına görə iş vaxtı azaldıldı

2/14/2026 10:14:11 PM