Yəmən Ordusu ABŞ-a məxsus döyüş gəmisini balistik raketlə hədəfə aldı

Yəmən Ordusu ABŞ-a məxsus döyüş gəmisini balistik raketlə hədəfə aldı
Yayınlanma tarixi: 15.01.2024 15:19:46

Yəmən silahlı qüvvələrinin Qırmızı dənizdə ABŞ-a məxsus döyüş gəmisini ballistik raketlə hədəfə aldığı açıqlanıb.

 İslamazeri.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə, Yəmən silahlı qüvvələri Qırmızı dənizdə ABŞ gəmisini ballistik raketlə hədəfə alıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM), dünən X sosial media platformasında etdiyi şərhdə, atılan raketin ələ keçirildiyini iddia etdi.

Yanvarın 12-də ABŞ və Böyük Britaniyaya məxsus döyüş təyyarələri Yəmənin bir sıra şəhərlərində bəzi məntəqələrə hava zərbələri endirib.

Yəmənə edilən hücumlara reaksiya verən Ənsarullah Hərəkatının lideri Əbdülməlik əl-Husi ABŞ-ın heç bir hücumunun cavabsız qalmayacağını bildirib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Seri ABŞ və İngiltərənin Yəməndə həyata keçirdiyi hücumlarda 5 üzvünün həyatını itirdiyini, 6 nəfərin isə yaralandığını açıqlayıb.

GÜNÜN MANŞETLERİ