Xocəsəndə qanunsuz tikili sökülüb

Xocəsəndə qanunsuz tikili sökülüb
Yayınlanma tarixi: 2/5/2026 11:24:46 AM

Bakının Binəqədi rayonu, Xocəsən qəsəbəsində qanunsuz tikili sökülüb.

İslamazeri.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, qəsəbə ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar olunub, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

GÜNÜN MANŞETLERİ

Qalibaf: İran və Hizbullah birlkdə bir bütündür!
REGİON / İRAN

Qalibaf: İran və Hizbullah birlkdə bir bütündür!

4/16/2026 2:42:34 PM
SABAHIN HAVA PROQNOZU
ÖLKƏ / MÜXTƏLİF

SABAHIN HAVA PROQNOZU

4/16/2026 1:34:08 PM