Xocavənddə xeyli sayda silah-sursat tapılıb

Xocavənddə xeyli sayda silah-sursat tapılıb
Yayınlanma tarixi: 13.01.2023 10:02:01

Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib

Polis əmədaşları tərəfindən işğaldan azaz edilmiş ərazilərdəki silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində intensiv tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "İslamazeri.com"a verilən məlumata görə, Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşları Xocavənd rayonunun Tuğ kəndi ərazisində xidmətdə olarkən tərk edilmiş hərbi mövqelərdən 1 avtomat, 1 qumabaraatan, 1 snayper tüfəngi, 37 snayper patronu, 1 əl qumbarası və 1800 ədəd müxtəlif çaplı patronlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

GÜNÜN MANŞETLERİ