Xocavənddə daha bir ərazidə insan sümükləri aşkarlanıb

Xocavənddə daha bir ərazidə insan sümükləri aşkarlanıb
Yayınlanma tarixi: 10/17/2022 4:58:56 PM

İşğaldan azad edilmiş Xocavənd rayonunun Ərəkül kəndi ərazisində təmir tikinti işləri ilə məşğul olan işçilər tərəfindən insan sümükləri aşkarlanıb.

Bu barədə "İslamazeri.com"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı deyib.

O bildirib ki, məlumat daxil olduqdan dərhal sonra Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gedib:

“İlkin araşdırma zamanı məlum olub ki, sümüklər ərazidəki yağışlardan sonra baş vermiş torpaq sürüşməsi zamanı üzə çıxıb. Sümüklər həmin yerdən toplanaraq aidiyyəti üzrə ekspertizaya təqdim olunub. Hazırda araşdırma aparılır".

Qeyd edək ki, işğaldan azad olunmuş Xocavənd rayonunun Edilli kəndində sentyabrın sonunda daha bir kütləvi məzarlıq tapılıb. Məzarlıqda ölümündən əvvəl əlləri və ayaqları məftillə bağlanmış 12 nəfərin, ehtimal ki, azərbaycanlı hərbçilərin qalıqları aşkar edilib.

GÜNÜN MANŞETLERİ

Beynol Hərəmeyn haqqında İnfoVideo
DİN / MÖVLUDLAR

Beynol Hərəmeyn haqqında İnfoVideo

1/23/2026 2:05:22 PM
İsrailin atəşkəsdən sonra da Qəzzaya hücumları davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin atəşkəsdən sonra da Qəzzaya hücumları davam edir

1/23/2026 1:25:45 PM
Cümə gününün duası
DİN

Cümə gününün duası

1/23/2026 12:20:01 PM