XİN AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım edib

XİN AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım edib
Yayınlanma tarixi: 12/25/2025 11:17:34 AM

Azərbaycan Xarici İşlər Nazirliyi "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım edib.

İslamazeri.com xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında məlumat yerləşdirilib.

"Bu gün, AZAL-a məxsus sərnişin təyyarəsinin faciəli şəkildə qəzaya uğramasından bir il ötür. Baş vermiş bu faciə nəticəsində həyatını itirmiş şəxslərin xatirəsini dərin hüzn və ehtiramla yad edirik. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Allah rəhmət eləsin!",- məlumatda qeyd olunub.

GÜNÜN MANŞETLERİ

Netanyahunun taleyi qeyri-müəyyən olaraq qalır
DÜNYA / MARAQLI

Netanyahunun taleyi qeyri-müəyyən olaraq qalır

3/10/2026 11:15:39 AM
ABŞ qoşunları Harir bazasından qaçır
DÜNYA / MARAQLI

ABŞ qoşunları Harir bazasından qaçır

3/10/2026 10:50:05 AM