Xəzər dənizində köməksiz qalan balıqçılar xilas edilib

Xəzər dənizində köməksiz qalan balıqçılar xilas edilib
Yayınlanma tarixi: 2/6/2026 10:28:38 AM

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində dənizdə nəzarətsiz ərazidə vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

İslamazeri.com xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində balıqçı qayığının mühərrikində yaranan nasazlıq səbəbindən sahildən təqribən 1 km. məsafədə dənizdə köməksiz vəziyyətdə qalan vətəndaşlar; - 1994-cü il təvəllüdlü Məmmədov Rəhman Mərifət oğlu, 1986-cı il təvəllüdlü Əliyev Əli Ramiz oğlu, 1981-ci il təvəllüdlü Məmmədov İntiqam İslam oğlu və 1980-cı il təvəllüdlü Quliyev İlkin Şakir oğlu xilasedicilər tərəfindən xilas olunaraq sahilə çıxmaları təmin edilib.

GÜNÜN MANŞETLERİ

İsrail atəşkəsi yenidən pozur: Livana hava hücumları başlayıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail atəşkəsi yenidən pozur: Livana hava hücumları başlayıb

2/6/2026 12:38:46 PM
Azərbaycan XİN: Türkiyənin yanındayıq!
ÖLKƏ / MÜNASİBƏT

Azərbaycan XİN: Türkiyənin yanındayıq!

2/6/2026 10:58:45 AM