Xəzər dənizində ekoloji monitorinqlər başa çatıb

Xəzər dənizində ekoloji monitorinqlər başa çatıb
Yayınlanma tarixi: 4/19/2023 10:41:29 AM

Bu barədə ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov məlumat verib.

Xəzər dənizinin Azərbaycan sektorunda Əlif Hacıyev adına elmi-tədqiqat gəmisi ilə keçirilən ekoloji monitorinqlər başa çatıb.

İslamazeri.com xəbər verir ki, bu barədə ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov məlumat verib.

O qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər, Elm və Təhsil nazirlikləri, Dövlət Neft Şirkəti və Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən keçirilən monitorinqlər zamanı Xəzər dənizinin hidrobioloji və hidrokimyəvi vəziyyəti öyrənilib, hidrometeoroloji ölçmələr aparılıb.

Monitorinqlər zamanı 19 məntəqə üzrə su, zooplankton, bentos və dib çöküntüsü olmaqla 208 nümunə götürülüb, su bioloji resurslarının ehtiyatları öyrənilib, quşların miqrasiyasının vizual müşahidəsi aparılıb.

Eyni zamanda ekspedisiya qrupu tərəfindən yerli və xarici şirkətlərin neft-qazçıxarma müəssisələrinə aid özül və platformalar ətrafında, Cənub-Şərqi Qoltuq, Kür dili və Lənkəran məntəqələrində də tədqiqatlar keçirilib.

GÜNÜN MANŞETLERİ

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır

3/14/2026 10:13:29 PM
Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək
REGİON / İRAN

Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək

3/14/2026 9:52:22 PM
İranlı deputatdan Ukraynaya xəbərdarlıq
REGİON / İRAN

İranlı deputatdan Ukraynaya xəbərdarlıq

3/14/2026 8:16:40 PM
İsrailli general: Amerika bataqlığa sürükləndi
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailli general: Amerika bataqlığa sürükləndi

3/14/2026 8:01:39 PM