Xəzər dənizi və Kürdə qanunsuz balıq ovlayanlar saxlanılıb

Xəzər dənizi və Kürdə qanunsuz balıq ovlayanlar saxlanılıb
Yayınlanma tarixi: 10/26/2022 11:03:33 AM

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xaçmaz, Neftçala, Astara rayonları akvatoriyasında, Kür çayında və Baş Şirvan kollektorunda qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

İslamazeri.com xəbər verir ki, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Xaçmaz rayon sakinləri Ələkbər Qasımov, Kamran Məmmədov, Neftçala rayon sakinləri İslam Məcidov, Habil Məmmədov, Nahid Əmirov, Mais İbrahimov, Davud Fərzəliyev, Kənan Rzazadə, Salyan rayon sakini Əlifağa Axundov, Qazax rayon sakini Ramin Əhmədov və Astara rayon sakini Elnur Məhərrəmov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

B.Məhəmmədov onu da qeyd edib ki, keçirilən nəzarət tədbirləri zamanı Kür çayının ayrı-ayrı inzibati rayonlarının ərazilərindən keçən hissəsindən ümumilikdə 1575 metr uzunluğunda sintetik tor yığışdırılıb.

Eyni zamanda, Salyan rayonu Yenikənd kəndinin inzibati ərazisində ov qaydalarını pozduğuna görə Masallı rayon sakini Əliağa Ağayev saxlanılıb.
Xidmət rəsmisinin sözlərinə görə, faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

GÜNÜN MANŞETLERİ

Əraqçidən atəşkəslə bağlı AÇIQLAMA
REGİON / İRAN

Əraqçidən atəşkəslə bağlı AÇIQLAMA

3/21/2026 1:10:59 PM
İran 4000 km məsafədə yerləşən bazaya iki ballistik raketlə zərbə endirib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran 4000 km məsafədə yerləşən bazaya iki ballistik raketlə zərbə endirib

3/21/2026 12:20:01 PM
Bu gün Beynəlxalq Novruz günüdür
ÖLKƏ / MÜXTƏLİF

Bu gün Beynəlxalq Novruz günüdür

3/21/2026 11:36:43 AM
Pentaqon İrana qoşun göndərmək üçün hazırlıqlara başlayıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Pentaqon İrana qoşun göndərmək üçün hazırlıqlara başlayıb

3/21/2026 11:24:16 AM