Xəstəxanalarda onlayn növbə götürmək mümkün olacaq

Xəstəxanalarda onlayn növbə götürmək mümkün olacaq
Yayınlanma tarixi: 2/14/2023 1:15:05 PM

Bunu bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova jurnalistlərə açıqlamasında deyib.

E-tebib mobil tətbiqi vasitəsi ilə tibb müəssisələrində onlayn növbə götürmək mümkün olacaq.

İslamazeri.com-un məlumatına görə, bunu bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu proses tibb müəssisələrində icbari tibbi sığortadan istifadə edənlər üçün növbə prosesinin asanlaşdırılması məqsədi daşıyır: "Bilirsiniz ki, icbari tibbi sığortadan istifadə edənlərin sayı artdığından xəstəxanalarda və digər tibb müəssisələrində növbələr yaranır. Bu problemi həll etmək üçün "e-tebib" tətbiqində tibb müəssisələrində onlayn növbə götürülməsi üçün bölmə yaradılır. Həmin bölmə yaxın vaxtlarda istifadəyə veriləcək və xəstəxanalarda növbə problemi aradan qalxacaq".

GÜNÜN MANŞETLERİ

Türkiyədə təlim zamanı helikopter qəzaya uğrayıb
REGİON / TÜRKİYƏ

Türkiyədə təlim zamanı helikopter qəzaya uğrayıb

4/22/2026 2:22:00 PM
Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

4/22/2026 1:04:38 PM