İran ABŞ-ı yaxınlaşmaqda olan təhlükə barədə xəbərdar edir
İslamazeri.com xəbər verir ki, bu barədə ölkənin Xatəməl Ənbiya mərkəzi hərbi komandanlıq qərargahının rəsmi nümayəndəsi İbrahim Zülfiqari "X" sosial şəbəkəsində yazıb.
İbrahim Zülfiqari qeyd edib:
"Son 24 saat ərzində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri heç bir gəminin Hörmüz boğazından keçməsinə icazə verməyib. Yaxın gələcəkdə Fars körfəzinin cənub hissəsindəki bütün ABŞ hərbi bazaları sıradan çıxarılacaq (deaktiv ediləcək). Biz Yeni Nizam quracağıq".