Xaricdə təhsil alan daha 59 nəfərin diplomu tanınmayıb

Xaricdə təhsil alan daha 59 nəfərin diplomu tanınmayıb
Yayınlanma tarixi: 5.05.2023 17:35:37

Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı aprel ayı üzrə 371 müraciətçinin 312-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 59 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən "İslamazeri.com"a verilən xəbərə görə, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 51, digər səbəblər üzrə 8 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 135, Rusiya Federasiyasından 83, Türkiyə Respublikasından 78, Gürcüstandan 35, Birləşmiş Krallıqdan 17, digər ölkələrdən isə 23 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat üzrə 49, maliyyə üzrə 49, bizensin idarə edilməsi üzrə 38, menecment üzrə 34, beynəlxalq münasibətlər üzrə 18 müraciətçi qeydə alınıb.

Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 12 iş günü təşkil edib.

GÜNÜN MANŞETLERİ