Xankəndi yolunda gömrük-sərhəd postlarının yaradılması təklif olunur

Xankəndi yolunda gömrük-sərhəd postlarının yaradılması təklif olunur
Yayınlanma tarixi: 12/16/2022 12:04:11 PM

Azərbaycan Xankəndi yolunda gömrük və sərhəd postlarını yaratmalıdır.

İslamazeri.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli bildirib.

"Laçın-Xankəndi yolunun açılmasının tələb edən ölkələrə və təşkilatlara bildirməliyik ki, Azərbaycan yol kəsən yox, Ermənistanın xarabazara çevirdiyi ərazilərdə yol tikən, yaradan, öz qələbəsi ilə Cənubi Qafqaza sülh-əminamanlıq gətirən, yeni əməkdaşlıq imkanları açan ölkədir. Laçın-Şuşa yolundakı dinc aksiya Azərbaycan xalqının erməni tərəfin təxribatlarını, talançılığı davam etdirməsinə, sülhməramlıların fəaliyyətinə narazılığın bilavasitə etirazıdır. Sülhməramlılar 10 noyabr üçtərəfli bəyanatı çərçivəsində zərinə düşən vəzifələri yerinə yetirmədiyinə görə, Laçın dəhlizində gömrük və sərhəd postlarımızı təşkil etməliyik", - deyə o qeyd edib.

GÜNÜN MANŞETLERİ

Hizbullahın Təl-Əvivdəki əməliyyatının DETALLARI
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullahın Təl-Əvivdəki əməliyyatının DETALLARI

3/26/2026 3:28:44 PM
Sabahın hava proqnozu ilə bağlı XƏBƏRDARLIQ
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu ilə bağlı XƏBƏRDARLIQ

3/26/2026 3:10:01 PM
Ağdamda mina partlayıb, xəsarət alan var
ÖLKƏ / HADİSƏ

Ağdamda mina partlayıb, xəsarət alan var

3/26/2026 2:52:17 PM