Xanım Zəhranın (s.ə) mübarək mövlud günüdür

Xanım Zəhranın (s.ə) mübarək mövlud günüdür
Yayınlanma tarixi: 13.01.2023 10:18:05

Allahın rəsulu(s) nə zaman cənnəti yad etmək istəsəm - Cənnətin ətrini Fatimədən (s.ə) alıram.

İslamazeri.com: Həzrət Fatimə (s.ə) besətin 5-ci ilində cəmadius-sani ayının 20-si dünyaya gəlib. Dünya və axirət xanımlarının seyyidəsi, Həzrət Rəsulullahın (s) gözünün işığı xanım Fatimeyi-Zəhranın (s.ə.) mübarək mövlud günü İslam aləmində Xanımlar bayramı kimi də qeyd edilir.

Xanım Fatimənin (s.ə.) dünyaya gəldiyi gün - İslam aləmində ən əzəmətli günlərdən biri hesab edilir. Bu günün müqəddəsliyinə dəlil olaraq Allah Təala Rəsuli-Əkrəmə (s) müjdə verir, bu münasibətlə Qurani-Kərimin «Kövsər» surəsini nazil edir.

Hələ ana bətnində olarkən belə Peyğəmbər xanım Xədicənin kiminləsə danışdığını və bunun sirrini soruşarkən xanım Xədicə bətnindəki körpənin ona həmsöhbət olduğunu bildirmiş, bunu eşidən Peyğəmbər(s): "Ey Xədicə, Cəbrayil (ə) indicə nazil oldu və sənin bətnindəki körpənin qız olduğunu və bizim mübarək, pak nəslimizin də bu uşaqdan olacağını bildirdi. Allah-təala tezliklə mənim nəslimi onun vasitəsilə dünyaya gətirəcək və məsum İmamlar onun nəslindən olacaqlar. Allah-təala mənə olunan vəhy kəsildikdən sonra (mənim vəfatımdan sonra) onları yer üzündə mənim canişinim və xəlifələrim qərar verəcəkdir. Allah onun övladlarını ümmətin imamları və yer üzərində öz xəlifəsi qərar verdi".

Əziz İslam Peyğəmbəri Hz. Muhhəmməd (s) dəfələrlə mühacir və ənsarların qarşısında Fatiməni (s.ə) "Yaranışdan bu günə qədər dünya qadınlarının zinəti", "dünyanın ən fəzilətli xanımı" və "Cənnətin ən üstün qadını" kimi tərif etmişdi.

Rəvayətlərdə buyurur ki,hələ uşaq vaxtlarından Fətimə (s.ə) nə zaman Peyğəmbərin (s) yanına gələrdisə o həzrət ehtiramla qalxar, onun əlindən, üzündən öpərdi və onu öz yerində əyləşdirərdi.

Allahın rəsulu(s) nə zaman cənnəti yad etmək istəsəm - Cənnətin ətrini Fatimədən (s.ə) alıram.

Xanım Fatimə öz fəziləti ilə insanlığın bütün həqiqətini, kamilliyini bir qadına verilə biləcək ən ali dəyərləri özündə ehtiva etmişdi. Məhz buna görə də Peyğəmbər (s) buyurub: "Allah Fatimənin (s.ə) qəzəbi ilə qəzəblənir, onun sevinci ilə sevinir". "Fatimə (s.ə) mənim bədənimin bir parçasıdır. Kim Fatiməni (s.ə) incitsə, məni incidir, onunla düşmənçilik edən mənimlə düşmənçilik edir". "Fatimə (s.ə) mənim qəlbimdir, ruhumdur".

Fatimeyi-Zəhra (ə) İslam dinində ideal qadın və həyatda xoşbəxliyi axtaran hər bir qadın üçün ən gözəl nümunə hesab olunur. O, xanımlar xanımı, vəhy və Quranla tərbiyə alan Peygəmbər məktəbinin yetirməsidir. Fatimə (ə) əzəmət və dərəcədə elə bir uca zirvəyə çatmışdır.Xanım Fatimə bütün xeyirlərin mənbəyidir və onun həyatından dərs alan hər bir qadın xoşbəxtdir.Müsəlman qadınlar iffət, fədakarlıq, insanlara və ailəyə qayğı, evdarlıq və övladın düzgün tərbiyəsində Həzrəti Zəhradan ( s ) örnək götürməlidirlər.Bu baxımdan dünyada olan hər bir qadın səadət və xoşbəxtlik yolunu bu əzəmətli xanımın parlaq nuru ilə işıqlandırmalıdır.

Həzrəti Fatimeyi-Zəhra(s.ə)nın mübarək mövlüdü günü münasibəti ilə bütün müsəlmanları təbrik edirik...

GÜNÜN MANŞETLERİ