“Whatsapp”ın qurucusu İsrailə 200 milyon dollar bağışladı

“Whatsapp”ın qurucusu İsrailə 200 milyon dollar bağışladı
Yayınlanma tarixi: 5/11/2026 5:36:06 PM

“Whatsapp”ın qurucusu İsrailə 200 milyon dollar bağışladı.

“Whatsapp” mesencerinin həmtəsisçilərindən biri İsrailə növbəti dəfə maliyyə yardımı ayırıb.

İslamazeri.com xəbər verir ki, Yan Kum öz fondu vasitəsilə Qüds şəhərində yerləşən “Shaare Zedek” tibb mərkəzinə 200 milyon dollar bağışlayıb.

Qeyd edilib ki, bu, İsrailə indiyədək edilmiş ən böyük birdəfəlik ianədir. Bundan sonra həmin xəstəxana Yan Kumun adını daşıyacaq.

Xatırladaq ki, Yan Kum daha öncə də İsrailə maliyyə yardımları edib. Belə ki, o, Fələstin torpaqlarından qeyri-qanuni yəhudi məskunlaşmasını təşviq edən ultra-sağçı radikal “Elan” təşkilatına da 6 milyon dollar bağışlayıb.

GÜNÜN MANŞETLERİ