Vaksin olunan yeniyetmələr arasında hər hansı ağırlaşma yaxud fəsad qeydə alınmayıb.
Bugünə qədər 439 nəfər yeniyetmə vaksinasiyada iştirak edib.
Bu barədə İslamazeri.com-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onlar arasında hər hansı ağırlaşma yaxud fəsad qeydə alınmayıb.
Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Bildiririk ki, yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda hər iki valideyinin razılığı ilə peyvənd oluna bilərlər.